Sağ klikə icazə yoxdur.
logo

Haqqımızda

Deluxe Palace

Azərbaycanın paytaxtı , Bakı şəhərinin mərkəzində yerləşən Deluxe Palace biznes, istirahət, əyləncə və nəhayət yaşayış kompleksi olaraq böyük nüfuza sahib olacaq.

Deluxe Palace məhşur memar və dizaynerlər qrupu tərəfindən lahiyələşdirilmişdir. Mütəxəssislər bildirirlər ki, bu lahiyə müasir tərzin yeni bir etalonudur.

Deluxe Palace yaşayış binaları və biznes mərkəzindən ibarətdir. Kompleksə 4 bina - 210 lüks mənzil, Xəzər dənizi və dənizkənarı bulvara açılan gözəl mənzərə daxildir. Hər mərtəbədə 4 mənzil: iki, üç, dörd və beş otaqlı mənzillər.
Tezliklə kompleksin yaşayış əraziləri , daxili təmir üçün hazır olacaq. Deluxe Palace ticarət mərkəzində brend butiklər, supermarket, əyləncə mərkəzi, restoran, kinoteatr, fitnes və SPA mərkəzi yerləşəcəkdir.

Bütün kompleks mərkəzləşdirilmiş istilik və soyutma sistemi ilə təchiz olunub. Yaşayış kompleksi əlverişli yerləşməsindən əlavə, ikimərtəbəli dayanacaq yerinə sahibdir. Həmçinin daimi video təhlükəsizlik və nəzarət sistemi vardır.